Rəşad Sadıqov Türkiyə klubunun simvolik heyətində - Foto

resad-sadiqov-turkiye-klubunun-simvolik-heyetinde
Oxunma sayı: 2214

Türkiyənin “Kocaelispor” klubu indiyə qədər bu komandada çıxış etmiş legionerlərindən ibarət simvolik heyətini təqdim edib.

“Qafqazinfo”  “TRT Spor”a istinadən xəbər verir ki, həmin heyətə Azərbaycan millisinin sabiq kapitanı, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da daxil edib.

Xatırladaq ki, Sadıqov 2008-2009-cu illərdə “Kocaelispor”un formasını geyinib.

O, 2020-ci ildə futbolçu karyerasını başa vurub.