O, Topaz Premyer Liqasının XXIII turunda baş tutan “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri matç haqqında danışıb: “Bu gün rəqib qapıçı da çox gözəl oynadı. Maraqlı futbolun şahidi olduq. Məncə, əsl derbi idi. Ən əsası da fair-play qaydalarına əməl etdik. Meydandan kənarda yaranan söz-söhbətləri normal qəbul edirik. Ciddi problem yoxdur. “Neftçi” ilə aramızda dostluq münasibətləri var”.
Sadıqov hakimlik haqqında isə bunları deyib: “Çalışmışıq ki, hakimlər haqqında danışmayaq. Yalnız bir dəfə Avropa Liqasında “İnter”lə oyunda məruz qaldığımız haqsızlıq haqqında çox danışdıq. Bu məsələ bütün Azərbaycanda müzakirə edildi. “Neftçi” ilə oyundakı idarəçilik haqqında lazımi şəxslər danışacaq”.
Son xəbərlər
Son Xəbərlər