Rəşad Sadıqovdan qələbə şərhi

resad-sadiqovdan-qelebe-serhi
Oxunma sayı: 1226

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

"Qafqazinfo" xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə stadionun işçilərinə təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, meydanı ideal vəziyyətə gətirdilər.

Matça gəlincə, maraqlı və gərgin oyun alındı. İlk hissədə ehtiyatlı oynadıq. İkinci yarıda isə matçın tempi qalxdı. Rəqibin səhvindən istifadə edib qol vurduq. Vacib qələbə qazandıq. Bu gün heç-heçə də yaxşı nəticə ola bilərdi. Çempionatın liderlərindən biri ilə oynayırdıq. “Neftçi” bura iddialı gəlmişdi.

Baş məşqçi 77-ci dəqiqədə zədələnən Davit Volkovun durumunun ciddi olduğunu vurğulayıb: “Zədəsi ciddi görünür. İlkin rəy çiyin sınması oldu. Xəstəxənaya apardılar. Zədəlilərimiz artır. Amma əlimizdəki oyunçulara inanırıq”.