Rəşad Sadıqovdan rəqib komanda ilə bağlı - Açıqlama

resad-sadiqovdan-reqib-komanda-ile-bagli
Oxunma sayı: 4711

Xəbər verdiyimiz kimi, bu gün “Zirə” UEFA Avropa Liqasında “Şerif”lə (Moldova) qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov püşklə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, “Şerif” Azərbaycan futboluna tanış rəqibdi:

"Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. İnanıram ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.