Rəşad Sadıqovu millidə kim əvəzləyəcək?

resad-sadiqovu-millide-kim-evezleyecek
Oxunma sayı: 640

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın kapitanı, “Qarabağ”ın üzvü Rəşad Sadıqov zədəli olduğu üçün millinin mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.

Baş məşqçinin göstərişi ilə yığmanın təlim-məşq toplanışına əvvəlcədən ehtiyat futbolçu kimi göstərilmiş Əli Gökdəmir (Hannover 96, Almaniya) dəvət olunub.
Qeyd edək ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.