Rəşad Sadıqovun komandası Yunanıstanla qarşılaşacaq

resad-sadiqovun-komandasi-yunanistanla-qarsilasacaq
Oxunma sayı: 761

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, komandamız mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Oyunun keçirilmə yeri və başlama saatı hələ müəyyənləşməyib. 

Qeyd edək ki, U-20 komandamızın baş məşqçisi Rəşad Sadıqovdur.