Rəşad Sadıqovun komandasında ciddi itki

resad-sadiqovun-komandasinda-ciddi-itki
Oxunma sayı: 1198

21 yaşadək futboçulardan ibarət milli komandamız ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, zədəli olduğu üçün Renat Dadaşov komandadan ayrılıb. 

Gənc hücumçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da İsrail yığmasına qarşı keçirilmiş oyunda zədələnib.

Futbolçunun müayinəsinin nəticəsinə əsasən sentyabrın 11-də Avropa çempionatının seçmə mərhələsində Norveçə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub.