Hər zaman sosial məsələlərə həssas münasibəti ilə fərqlənən “Resant Group” MMC otellər şəbəkəsi korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq ölkə başçısının “Biz birlikdə güclüyük!” çağırışına qoşulub.
“Qafqazinfo” xəbər verir ki, şirkət əməkdaşları koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar çatdırıblar. Hal-hazırda 200 aztəminatlı ailəyə yardım olunub və karantin rejimi müddətində yardımlar davam edəcək.
Yardım zamanı şirkət əməkdaşları tərəfindən dövlətin təyin etdiyi xüsusi karantin rejiminin qaydalarına riayət olunub.
Qeyd edək ki, “Resant Group” MMC Azərbaycanda sürətlə böyüyən otel şirkətlərindən biridir. Şəbəkə hal-hazırda “Ramada by Wyndham Baku”, “Rich” və “Shah Palace” otellərini idarə edir. Otellər şəbəkəsi hər zaman ölkədə turizmin inkişafına göstərdiyi dəstək və səyləri ilə seçilir.





Son xəbərlər
Son Xəbərlər