“Qafqazinfo”nun məlumatına görə, opera ifaçısı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanan Rəşid Behbudovun mahnılarının yer aldığı albomun artıq hazırdır olduğunu bildirb:
“ Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığım ölməz Rəşid Behbudov mahnılardan ibarət yeni albomum artıq hazırdır. Bu alboma ürək qoydum və hazırladım. İnşallah tez bir zamanda təqdim edəcəm. Albom hazırlıqlarına böyük məsuliyyətlə yanaşmışam, çox gözəl bir komanda, dəyərli musiqiçilərlə çalışmışam. İnşallah musiqisevərlər albomdan məmnun qalacaqlar. Biz bu albomun ən səviyəli şəkildə çıxması üçün əlimizdən gələni etdik. Rəşid Behbudov mahnılarından ibarət albom hazırlamaq asan iş deyil, çox böyük məsuliyyətdir”.
Qeyd edək ki, albomda Rəşid Behbudovun ifa etdiyi 12 mahnı yer alacaq. Oya Ergün alboma Azərbaycan və Türkiyədə təqdimat keçirəcək.
Son xəbərlər
Son Xəbərlər