Sənətkarın adını daşıyan 2 saylı Onbirillik musiqi məktəbinin şagirdləri öz çıxışları ilə dahi müğənnini yad ediblər.
Konserti məktəbin xalq çalğı alətləri orkestrinin şagirləri açaraq rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Hazim Rzayevin əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da əsərləri daxil edilib.
Konsertdə məktəbin şagirdləri fortepiano, tar, kamança, skripka, fleyta, gitara alətlərində ifa etmiş, konsertdə Respublika müsabiqələri laureatları və diplomantları, Prezident təqaüdçüsü, həmçinin məktəbin skripkaçalanlar ansamblı iştirak etmişlər. Eyni zamanda 2013 " Uşaq Euravision " mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Kərimovun vokal və instrumental ifası təqdim edilib.
Konsertin sonunda məkltəbin məzunu gənc vokalçı Sadıq Məlikovun ifasında ölməz sənətkar Rəşid Behbudovun repertuarından təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla dinlənilib.
Sonda Rəşid Behbudovun ifasında “Azərbaycan” mahnısı səsləndirildi və zalda əyləşən bütün qonaqlar ayağa qalxaraq musiqi sədaları altında unudulmaz sənətkarın xatirəsini yad etdilər.
Son xəbərlər
Son Xəbərlər