“Rəsmən boşandıq...” - Fotolar

resmen-bosandiq
Oxunma sayı: 4368

Məşhur model Tuğa Özay “Renkli sayfalar” verilişinin qonağı olub.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, model canlı yayımda bitən evliliyi barədə ilk dəfə açıqlama verib.

T.Özay rəsmi olaraq boşandığını söyləyib:

“Həyat yoldaşım ilə evliliyimiz “Survivor”a getmədən əvvəl rəsmi olaraq bitdi. Yoldaşımla telefonla danışdıq. Çox gözəl şeylər söylədi. Onun da həyatında biri var. 8 illik münasibətimizin ilk 4 ili çox gözəl idi. O evdar, yaxşı ürəkli, düzgün və keyfiyyətli bir insan idi.

Mən ona 1 apreldə bir zarafat etdim, mesaj atdım, mən boşanmaq istəyirəm dedim. O da mənə zəng vurub dedi ki, bu nə deməkdi? Zaraft etdiyimi söylədim. 1 ay sonra isə biz həqiqətən boşandıq”.