Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

resmi-ankaradan-bakiya-azadliq-tebriki
Oxunma sayı: 1481

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə bağlı Azərbaycanı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edirik.

Müstəqillik uğrunda həyatını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”, - paylaşımda qeyd olunub.