Rəsmi Ankaradan Ermənistandakı hadisələrə - Reaksiya

resmi-ankaradan-ermenistandaki-hadiselere
Oxunma sayı: 2305

“Türkiyə Ermənistandakı hərbi çevriliş cəhdini şiddətlə qınayır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Piter Siyyarto ilə görüşdən sonra keçirilən ortaq mətbuat konfransında bildirib. 

“Ermənistandakı çevriliş cəhdini qətiyyətlə pisləyirik. Dünyanın istənilən yerində hər hansı bir hərbi çevrilişə və ya çevriliş cəhdinə qarşıyıq”,- deyə Çavuşoğlu qeyd edib.