Rəsmi Bağdaddan referendumla bağlı son açıqlama

resmi-bagdaddan-referendumla-bagli-son-aciqlama
Oxunma sayı: 2455

İraqın baş naziri Heydər əl-Abadi İraq Kürd Regional Hökumətində referendumun keçirilməsində məsuliyyət daşıyan səlahiyyətli şəxslərə qarşı lazımı tədbirlərin görüləcəyini söyləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Abadi Bağdaddakı Birgə Əməliyyatlar Komandanlığını ziyarət edən zaman bildirib.

“Referendumun keçirilməsi böyük risk idi. Federal məhkəmənin qərarına baxmayaraq belə keçirildi. Konstitusiyaya uyğun deyil.

Referenduma heç bir beynəlxalq dəstək yoxdur. Bunun nəticələrini müzakirə etməyəcəyik və tanımayacağıq”, -deyə Baş Nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Regional Hökuməti müstəqillik əldə etmək üçün bir tərəfli qaydada referendum keçirib. İlkin nəticələrə əsasən seçicilərin 90 %-i ayrılmağa səs verib.