Rəsmi Çindən ABŞ-a haker ittihamı

resmi-cinden-abs-a-haker-ittihami
Oxunma sayı: 1581

"Dünyanın ən böyük haker imperiyası olan ABŞ internetdə qlobal miqyaslı izləmə həyata keçirir, Vaşinqton bu hərəkətləri dərhal dayandırmalıdır".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan brifinq zamanı deyib. O "Apple" şirkətini Çin və Rusiya ilə əməkdaşlıq edərək insanları izləməkdə günahlandıran ABŞ Baş Prokuroru Uilyam Barrın iddialarına münasibət bildirib.

"Əslində, şəbəkədəki ən böyük qlobal izləmə və məlumat oğurluğu həyata keçirən Amerika Birləşmiş Ştatlarıdır. ABŞ dünyanın ən böyük haker imperiyasıdır." O  ABŞ-ı rəqəmsal əsrdə məxfilik hüququ ilə bağlı BMT-nin müvafiq qətnamələrinə əməl etməyə və internetdə genişmiqyaslı qlobal izləməni dərhal dayandırmağa çağırıb.

"Biz həmçinin ABŞ rəsmilərini Çinə böhtan atmağa da son qoymağa çağırırıq", - deyə Çjao Liszyan bildirib.