Rəsmi Kremldən Trampın Ərdoğana yazdığı məktuba reaksiya

resmi-kremlden-trampin-erdogana-yazdigi-mektuba-reaksiya
Oxunma sayı: 3035

Rəsmi Moskva ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yazdığı məktuba münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov məktubun qeyri-adi üslubda yazıldığını deyib.

“Dövlət başçılarının yazışmalarında belə bir dil nadir hallarda olur. Çox qeyri-adi məktubdur”, -deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Trampın Ərdoğana Türkiyənin Suriyanın şimalında “Sülh Çeşməsi hərəkatı”na başladığı 9 oktyabrda yazdığı təhdid dolu məktubu The New York Times” nəşri əldə edib.

Amerika lideri məktubda Ərdoğanı şantaj edərək həm də PKK başçısı Abdullah Öcalanın mənəvi övladı, YPG qruplaşmasının liderlərindən biri olan “Məzlum Kobani” ləqəbli Fərhad Abdi Şahinlə danışıq aparmağa çağırıb.