Rəsmi Moskva Putin- Ərdoğan görüşünü təsdiqlədi

resmi-moskva-putin-erdogan-gorusunu-tesdiqledi
Oxunma sayı: 1856

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünü təsdiqləyib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Peskov tərəflərin martın 5-də Moskvada görüşəcəklərini təsdiq edib.

“Ərdoğan martın 5-də Moskvaya səfər edəcək, prezidentimizlə danışıqları planlaşıdırılıb”,  - deyə o, bildirib.

Qeyd edək ki, daha öncə Türkiyə Prezident Administrasiyası Ərdoğanın martın 5-də Rusiyaya səfər etmək niyyətində olduğunu açıqlamışdı.