Rəsmi Moskvadan ABŞ açıqlaması

resmi-moskvadan-abs-aciqlamasi
Oxunma sayı: 2027

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ seçki sistemini tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə ABŞ-dakı hadisələri şərh edərkən bildirib. XİN rəsmisi Vaşinqtonda baş verən iğtişaşların ölkənin daxili işləri olduğunu deyib:

“ABŞ-dakı seçki sistemi arxaikdir, saysız-hesabsız qanun pozuntularına imkan yaradaraq çağdaş demokratik standartlara cavab verə bilmir”. 

Amerika KİV-nin cəmiyyətin bölünməsinə səbəb olan siyasi mübarizənin bir vasitəsi halına gəldiyini qeyd edən Zaxarova “dost Amerika xalqına bu dramatik anı tez unutmağı diləyirik”,- deyə vurğulayıb.