“Avropa İttifaqının Rusiyaya qarşı birtərəfli sanksiya tətbiq etməklə bağlı təhdidlərinə mütənasib qaydada cavab verəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ Liderlər Zirvəsində Rusiya ilə bağlı qəbul olunan qərarlara münasibət bildirərkən deyib.
Zaxarova bildirib ki, Zirvədə ölkəsinə yönəldilən “əsilsiz” və “isbatı olmayan” ittihamları qəbul etmirlər:
“Aİ-nin Rusiyaya qarşı strategiyasında sistematik problemlər var. Aİ məlumat və kibertəhlükəsizlik kimi məsələlərdə Rusiya ilə dialoqdan yayınır. Aİ avropalıların istəklərinə zidd olan konyunktura maraqlarına həbs olub”.
XİN rəsmisi əlavə edib ki, Aİ ilə bərabər şəkildə dialoqu davam etdirməyə hazırdırlar:
“Ancaq bu dialoq Aİ-yə üzv ölkələrin ümidlərinə rəğmən, ilkin şərtlər və ölkəmizə qarşı birtərəfli qeyri-qanuni sanksiya təhdidləri ilə möhkəmləndirilə bilməz. Bunlara mütanasib qaydada cavab veriləcək. Brüssel bunu yaxşı bilir”.
Son xəbərlər
Son Xəbərlər