Rəsmi Moskvadan İrəvanla Bakı arasında barışığa dair açıqlama

resmi-moskvadan-irevanla-baki-arasinda-barisiga-dair-aciqlama
Oxunma sayı: 2279

“Moskva İrəvanla Bakı arasında barışığa dəstək verməyə hazır olduğunu təsdiqləyir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin mayın 10-11-də Qazaxıstanda keçirilən görüşünü müsbət qiymətləndirir: “Bu görüşün keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləməyə imkan verib. Bu istiqamətdə daha bir vacib addım atılıb”. 

Qaluzin, həmçinin xatırladıb ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyununda Bakı və İrəvan arasında sülh danışıqlarının raundlarına ev sahibliyi edib.