“ABŞ dövlət katibi Mayk Pompeonun rəsmi Moskvanın Venesueladan şəxsi təyyarəsi ilə qaçmağa hazırlaşan prezident Nikolas Maduroya mane olması ilə bağlı açıqlaması əsassızdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “CNN” telekanalına açıqlamasında bildirib.
“Vaşinqton Venesuela ordusunda pozuçuluq yaradan qüvvələrdən biridir və informasiya müharibəsində “feyk” məlumatlardan istifadə edir”, - deyə o, vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər