“Rəsmi nikahımız yoxdur, kəbinimiz var”- - İlhamə

resmi-nikahimiz-yoxdur-kebinimiz-var-
Oxunma sayı: 4687

 

"Qafqazinfo" Publika.az-a istinadən xəbər verir ki, müğənni xanım dini kəbin kəsdirdiyini, ancaq rəsmi nikaha girmədiyini bildirib. O, özünü  belə daha xoşbəxt saydığını deyib: “Dini nikahım var, məncə əsas budur. Rəsmi nikaha gəlincə, əsas xoşbəxtlikdir. Əslində mənim həyatımda gizlin heç nə yoxdur. Nikah ondan ötrüdür ki, boşananda qadının təzminatı ödənsin. Mənim bu sənəd işlərindən heç xoşum gəlmir. Məhkəməyə get, sənədlər yığ və s… Əsas dini nikahdır və bir də inanın özünü necə xoşbəxt hiss etməsi...”

İlhamə belə daha rahat yaşadığını deyib.