“Rəsmi şəxslər arasında birbaşa əlaqələr nəzərdə tutulur” - Paşinyan

resmi-sexsler-arasinda-birbasa-elaqeler-nezerde-tutulur
Oxunma sayı: 2546

“Deməliyəm ki, Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında birbaşa əlaqələr də nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bu gün Soçidə keçirilən üçtərəfli görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Mənim fikrimcə, o qədər də yaxşı və pozitiv olmayan nüanslar fonunda bu müsbət nüansları da vurğulamaq lazımdır. Ən başlıcası, təkrar etmək istəyirəm, üzr istəyirəm, düşünürəm ki, bugünkü görüşün əsas mənası hansısa problemlərin mövcud olmasını və ya mövcud olmamasını, sadəcə, səsləndirmək deyil.

Əsas odur ki, bu gün biz regionda, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair konkret və ya mümkün qədər konkret qərarlara gələ bilək. Buna görə bizim məsuliyyətimiz, sülh, sabitlik və insanların təhlükəsizliyidir”, - Paşinyan vurğulayıb.