Rəsmi Tehran “qara qutu”ları Fransaya göndərdi

Rəsmi Tehran “qara qutu”ları Fransaya göndərdi
Oxunma sayı: 800

İran hökuməti Tehran yaxınlığında qəzaya düşən Ukrayna təyyarəsinin “qara qutu”larını Fransaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ria Novosti” İran məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn Esmailə istinadən məlumat yayıb.

““Qara qutu”lar deşifrə edilməsi üçün Fransaya göndərildi”, - deyə o, bildirib. 

Əlavə məlumat verilmir.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi