İran hökuməti Hörmüz boğazında saxlanılan Böyük Britaniyaya məxsus “Stena Impero” tankerinin ekipaj üzvləri barədə bəyanat yayıb.
“Qafqazinfo”nun “Röyters”ə istinadən verdiyi xəbərə görə, rəsmi Tehran tankerin bütün sərnişinlərinin araşdırmalar bitənə qədər göyərtədə qalacağını bəyan edib.
Qeyd edək ki, İran tərəfi tankeri beynəlxalq dəniz hüququnu pozduğuna görə saxladığını açıqlayıb.
Göyərtədə üçü Rusiya vətəndaşı olmaqla ümumilikdə 23 nəfər var.
Son xəbərlər
Son Xəbərlər