ABŞ hökuməti COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 virusunun Uhanda bir laboratoriyadan çıxdığına dair sübutların olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo “ABC News” telekanalına açıqlama verib: “Bunun Uhandakı laboratoriyadan başladığına dair çoxlu sübutlar var”.
O, həmçinin bildirib ki, ABŞ kəşfiyyatı hazırda virusun yayılması ilə bağlı məlumatlar toplamaqda davam edir.
Pompeonun sözlərinə görə, bu hadisənin Çin tərəfindən bilərəkdən törədilməsi ilə bağlı qəti fikirə sahib deyil. O qeyd edib ki, Çin laboratoriyaya girişə icazə vermir, qərb mütəxəssisləri ilə işbirliyindən imtina edir və bununla pandemiyanın mənşəyi ilə bağlı suallara cavab tapmağı daha da çətinləşdirir.
Son xəbərlər
Son Xəbərlər