Fövqəladə hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
“Qafqazinfo” xəbər verir ki, K.Heydərov 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.
***
Baş nazir Əli Əsədov 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
***
Milli Məclis sədri Sahibə Qafarova isə 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
***
Ombudsman Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.
***
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində səs verib.
***
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.






Son xəbərlər
Son Xəbərlər