“Rəsmilərdən soruşmaq istəyirəm ki, həmin pasportların taleyi necə oldu?”

resmilerden-sorusmaq-isteyirem-ki-hemin-pasportlarin-taleyi-nece-oldu
Oxunma sayı: 5712

“Ermənistandan gələn, qaçqın düşən azərbaycanlıların Ermənistan vətəndaşı olduğunu göstərən pasportlar 1990-cı ildə yığıldı. Bu pasportlar DİN-in pasport stolları tərəfindən toplanıldı. Baş Arxiv İdarəsinin rəsmilərindən soruşmaq istəyirəm ki, bu pasportların taleyi haqqında məlumat varmı?” 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Əziz Ələkbərov bildirib.

“Bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, 1995-ci ildə Prezident Ter-Petrosyanın sərəncamı ilə Ermənistanda ərazi inzibati bölgü sistemi dəyişdirilərkən 36 rayon 10 vilayətə bölündü. Ondan bir il sonra əvvəlki kənd sovetlərindəki, kəndlərdə azərbaycanlılara məxsus olan bütün arxivlər yandırıldı. Yəni, 20-30 il sonra biz ermənilərə sübut etməyə çətinlik çəkəcəyik ki, 1988-1991-ci illərdə bu ərazidən 300 minə yaxın azərbaycanlı qovulub. Mənə elə gəlir ki, bu pasportların taleyi bizi çox düşündürməlidir”, - deyə millət vəkili qeyd edib. 

Eldar Tanrıverdi