Respublika Günü İsraildə qeyd edilib

respublika-gunu-israilde-qeyd-edilib
Oxunma sayı: 1247


“Qafqazinfo” ya daxil olan məlumata görə,  tədbir iki ölkə arasında mədəni və dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası “Azİz” tərəfindən təşkil edilib. 

“Azİz” nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman tədbiri giriş sözü ilə açaraq Respublika Gününün tarixi haqqında qısa məlumat verib

Bayram konsertində populyar duet “Bakı-Moskva” – Fərid Aloni və Sofi Liberman, şou balet qrupu, di-cey İsak çıxış ediblər 

Gənc azərbaycanlı müğənni Elvin Babazadənin çıxışı da alqışlarla qarşılanıb. O, Azərbaycan, rus, türk, yunan və ivrit dillərində mahnılar oxuyub.