Respublika Gününə həsr olunmuş tədbir keçirilib

respublika-gunune-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 750

Dünən Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Ailə, Qadın və Uşaq Problemlri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova tariximizə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb, Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib.

İ.Mahmudova cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edərək, bu iki il ərzində böyük işlərin görüldüyünü, müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bugünkü müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edərək, müstəqilliyimizin əldə olunmasının heç də asan olmadığını, onun qazanılması və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladlarının canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucaldığını vurğulayıb.

Sonda Respublika Günü münasibətilə və milli adət-ənənələrin, ailə dəyərlərinin qorunması, övladlarını milli ruhda tərbiyə etdiklərinə görə gənc ailələrə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim edilib.