Respublika stadionuna gətirilən ot örtüyünün qiyməti- - 400 min avro

respublika-stadionuna-getirilen-ot-ortuyunun-qiymeti-
Oxunma sayı: 1727



“Qafqazinfo” sportnet.az-ə istinadın xəbər verir ki, mərkəzi arenadakı örtüyün dəyişdirilməsi 400 min avroya başa gələcək. 

“Xalı” Hollandiyadan xüsusi soyuducuya yerləşdirilərək, Bakıya gətiriləcək. Ot örtüyünün dəyişdirilmə prosesi sentyabrın 18-dək yekunlaşacaq. Həmin gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk turunda Fransa “Sent Etyen”ini mərkəzi arenada qəbul edəcək. Matç saat 21:00-da başlanacaq.  

Qeyd edək ki, Respublika stadionunun hazırkı ot örtüyü yayda havaların isti keçməsi ilə əlaqədar yararsız vəziyyətə düşüb.