“Qafqazinfo”ya mərkəzi arenanın son vəziyyəti ilə bağlı açıqlama verən stadionun direktoru Akif İsmayılov hələ də yeni ot örtüyünün salınmadığını deyib: “Ot örtüyünü gətirən maşınların bir hissəsi Bakıdadır . Lakin tam olaraq hamısı gəlib çatmayıb. Bu gün mən hələki ot örtüyünü gətirən kompaniyanın nümayəndələrindən heç birini görməmişəm. Ola bilər, elə bu gün hamısı gəlsin. Əsas məsələ gömrük keçid məntəqələri ilə bağlıdır. Bizim gömrükdə heç bir problem olmur və maşınlar tez sərhəddən buraxılır. Ot örtüyü tam olaraq gələndən sonra bizə onu döşəmək üçün bir sutka da bəs edəcək.”
Qeyd edək ki, Tofiq Bəhramov stadionunun öt örtüyü avqust ayında bərbad vəziyyəti düşdüyü üçün yenisi ilə əvəzlənəcək. Stadion sentyabrın 18-də Avro Liqanın qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” “Sent Etyen” matçına qədər tam hazır vəziyyətə gətirilməlidir.
İqbal
Son xəbərlər
Son Xəbərlər