Respublika stadionunda yenilənmə işləri başa çatdı - Fotolar

respublika-stadionunda-yenilenme-isleri-basa-catdi
Oxunma sayı: 772

Tofiq Bəhramov adına Respublika stadionunda yenilənmə işləri başa çatıb.

“Qafqazinfo”nun “Qarabağ” klubunun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, "Goal line" sistemi (Qolların avtomatik müəyyənləşdirmə sistemi) qurulub.

UEFA-nın tələblərinə əsasən qurulan bu sistem  topun qapı xəttini keçib-keçmədiyini avtomatik müəyyənləşdirəcək.

"Goal line” sistemi Azərbaycanın futbol tarixində ilk dəfə olaraq "Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində avqustun 15-də  "Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq.

Bundan əlavə, Respublika stadionunda UEFA-nın tələbinə əsasən, meydanın kənarında bilbordlar – elektron reklam lövhələri quraşdırılıb. Pley-off matçında bilbordların olması vacibdir.