Respublika Stadionunun ot örtüyü yenilənir

respublika-stadionunun-ot-ortuyu-yenilenir
Oxunma sayı: 1473

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir. 

Bu barədə “Qafqazinfo”ya Gənclər və İdman Nazirliyindən bildirilib.

Məlumata görə, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır: 

“Meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır. Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah" - “Beşiktaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb. Meydança tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub”.