Restoran yandı

restoran-yandi
Oxunma sayı: 833

Bakının Binəqədi rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 120 m2 olan birmərtəbəli restoranının mətbəxində 4 m2 sahədə mebel yanıb.

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m2 sahədə əriyib.
 
Restoranın qalan hissəsi yanğından mühafizə olunub, yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.