Restoranda halı pisləşən tanınmış biznesmen öldü

restoranda-hali-pislesen-taninmis-biznesmen-oldu
Oxunma sayı: 1866

“Volkswagen” avtokonsernin keçmiş rəhbəri Ferdinand Piex vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Bild” nəşri xəbər verib.

Piex ömrünün 83-cü baharında Almaniyanın Berlin şəhərində həyatdan köçüb.

Restoranların birində olan biznesmenin qəfl halı pisləşdiyi və dərhal xəstəxanaya yerləşdirildiyi bildirilir. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ferdinand Piexin ölüm səbəbləri hələ açıqlanmır.