Restoranda Tarantinoya hücum etdilər - Video

restoranda-tarantinoya-hucum-etdiler
Oxunma sayı: 3451

ABŞ-nin Nyu-York şəhərində restoranlarından birində nahar edən məşhur rejissor Kventin Tarantinoya hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. 

Bildirilir ki, hücum edənlər Marks Pleys küçəsində yerləşən “Che Li” restoranında təkbaşına nahar edən rejissora yaxınlaşaraq ünvanına təhqirlər səsləndiriblər. Daha sonra onlar Tarantinonun avtomobilinin şüşələrini təpikləməyə çalışıblar.

Həmin şəxslərin İsrail-Fələstin müharibəsinin əleyhdarları olduğu bildirilir.

Qeyd edək ki, 61 yaşlı rejissor Kventin Tarantino İsrailin məşhur pop musiqiçisi Svik Pikin qızı, israilli müğənni Daniella Piklə evlidir və həyat yoldaşı, iki uşağı ilə Tel-Əvivdə yaşayır.