Restoranda yeyib-içərkən öldü

restoranda-yeyib-icerken-oldu
Oxunma sayı: 2329

Bakıda restoranda müştəri qəfil ürəktutmasından ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

“Tbilisi” restoranında Gürcüstan vətəndaşı, 1955-ci il təvəllüdlü Novruzov Telxan Novruz oğlu yeyib-içən zaman qəfil yerə yıxılıb və dünyasını dəyişib.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Müayinə zamanı məlum olub ki, T. Novruzov ürəktutmasından ölüb.

Araşdırma davam etdirilir.