Daha sonra evində də axtarış aparılıb. “Qafqazinfo”nun azadliq.info-ya istinadən verdiyi xəbərə görə, bu barədə R.Cəfərov özünün facebook səhifəsində məlumat verib:
“Baş Prokurorlugun Ağir Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində bu gün saat 10.00-dan 14.00-a dək bir sira yerli və xarici QHT-lərə qarşı açılmış cinayət işi üzrə şahid kimi dindirildim, bütün suallara cavab vermişəm.
Bundan sonra mənzildə axtarış aparıldı, axtardıqları heç bir sənəd mənzildə yox idi, bu barədə demişdim, amma axtarışı da apardılar ki, hər şeyi üzləri görsün, axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlarımdan götürdüm və Baş Prokurorluğa təqdim etdim...
Hər şey qaydasındadır”.
Son xəbərlər
Son Xəbərlər