Rəsul Cəfərovun məhkəməsi başlayır

resul-ceferovun-mehkemesi-baslayir
Oxunma sayı: 806


“Qafqazinfo”nun verdiyi xəbərə görə, vəkil Fariz Namazlı hazırlıq iclasının təyin edildiyini bildirib: “Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası yanvarın 15-i saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Hakim Eldar İsmayılovdur”.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. R.Cəfərov Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, dələduzluq və sənədləri saxtalaşdırma maddələri üzrə ittiham edilir.

Murad Əhməd