Rəsul Quliyev Arif Hacılı ilə görüşəcəkmi?

resul-quliyev-arif-hacili-ile-gorusecekmi
Oxunma sayı: 915



Teleqraf.com-un məlumatına görə, Hacılı ABŞ-da bir sıra rəsmi görüşlər keçirəcək, Azərbaycan diaspora nümayəndələri ilə müzakirələr aparacaq. Ən maraqlısı Arif Hacılının Rəsul Quliyevlə görüşüb-görüşməyəcəyi məsələsidir. Arif Hacılı son illər iki dəfə ABŞ-da səfərdə olub. Ancaq heç birində eks-spikerlə müzakirələr aparmayıb. Buna səbəb isə Rəsul Quliyevin Hacılı ilə görüşmək üçün təşəbbüs göstərməməsi olub. Arif Hacılı deyib ki, əgər Rəsul Quliyev görüş üçün təşəbbüs göstərsə, o müzakirələr aparmaqdan imtina etməyəcək.