“Qafqazinfo”nun məlumatına görə, bu münasibətlə Moskvadakı “Ümumrusiya Azərbaycanlıları Konqresi”nin binasında təqdimat mərasimi keçirilib. Tədbirdə 100-ə qədər Rusiya və Rusiyada yaşayan Azərbaycan ictimaiyyətinin nümayəndələri, alimlər tədqiqatcilar, media mənsublari iştirak edib. Tədbiri ilk olaraq Moskvadakı “Məmməd Əmin Rəsulzadə” məclisinin sədri Fizuli Fərəcov açaraq ensiklopediyanin rus dilində nəşrinin əhəmiyyətindən və Rusiya ictimaiyyəti üçün vacibliyindən danışıb. Sonra ensiklopediyanın müəllifi N.Yaqublu çıxış edərək kitabın nəşrinə dəstək olan F.Fərəcova, “M.Ə.Rəsulzadə Məclisi”nin təmsilçilərinə və təqdimata şərait yaratmış konqresin sədri İ.Hacıyevə təşəkkürünü bildirib.
Rusiyalı alimlər-Rudolf İvanov, Vyaçeslav Şvetsov, Moskvada yaşayan azərbaycanlı alimlərdən tarix elmləri doktoru Əşrəf Hüseynov, professor Zahid Qocayev, filologiya elmləri doktoru, Rusiya Xarici Dillər Universitetinin müəllimi Bella xanım, tanınmış ziyalılardan Abuzər Bağırov,huquq elmləri namizədi Oktay Hüseynov, şair Nəsib Nəbioglu və Rusiyadakı Azərbaycan səfirliyininm müşaviri Aqşin müəllim çıxış edərək ensiklopediyanın rus dilində nəşrinin əhəmiyyətindən danışıblar.
Son xəbərlər
Son Xəbərlər