Rəsulzadə haqqında çəkilən sənədli filmin təqdimatı oldu - Fotolar

resulzade-haqqinda-cekilen-senedli-filmin-teqdimati-oldu
Oxunma sayı: 2627

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı olub.

“Qafqazinfo” xəbər verir ki, “Park Cinema” kinoteatrında keçirilən tədbirdə Azərbaycan ziyalıları, tarixçilər, media və sənət nümayəndələri iştirak edib.

Böyük maraq və sevgi ilə qarşılanan ekran əsəri haqqında müsbət fikirlər səsləndirilib.

Tamaşaçılar qarşısında çıxış edən M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə böyük şəxsiyyətə və onun ailəsinə göstərilən dərin məhəbbət üçün təşəkkür edib.

Layihənin müəllifi AzTV-də yayımlanan “Yüz ilin sirləri” verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadə isə çıxışında “mən bu gün bir daha əmin oldum ki, Rəsulzadə Azərbaycan xalqının ən səmimi sevgisidir. Hər birinizə təşəkkür edirəm”, - deyə bildirib.

Ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat hekayəsinə uyğun olaraq Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb. Filmdə yerli və əcnəbi tədqiqatçıların müsahibələri, Rəsulzadəyə, ailəsinə məxsus arxiv sənədlər, foto və videogörüntülər nümayiş olunur.

Qeyd edək ki, filmin nümayişi fevralın 8-dək nəzərdə tutulub.