Rəsulzadə haqqında kitab - - ingilis dilində

resulzade-haqqinda-kitab-
Oxunma sayı: 1020


Kitabda M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin əsas məqamlarıının ümumi xronologiyası ilə yanaşı coxlu sayda fotolar və sənədlər də oxuculara təqdim edilib.Müəllifin verdiyi məlumata görə kitabın ingilis dilində nəşr edilməsinin başlıca səbəbi M.Ə.Rəsulzadəni dünya ictimaiyyətinə  daha geniş tanıtmaq, məlumat və bilgilər verməkdir.İngilis dilində nəşr edilmiş bu kitabın elektron versiyalarının müxtəlif ölkələrin arxivlərinin  və kitabxanalarının kataloqlarına istifadə üçün salınacağı da nəzərdə tutulub. Kitabı ingilis dilinə T.Bağırlı tərcümə edib və ingiliscə redaktoru isə E.Mehdiyevdir.

Kitab  millət vəkili E.Süleymanovun prezidenti olduğu Azərbaycanda  Vətəndaş Cəmiyyətinin  İnkişafına Yardım Assosasiyasının (AVCİYA) layihəsi əsasında reallaşıb.Kitabın redaktoru V.Əlibəyovdur.