“Rəsulzadənin büstünün sökülməsi xəbəri yanlışdır”- - Rəsmi açıqlama

resulzadenin-bustunun-sokulmesi-xeberi-yanlisdir-
Oxunma sayı: 1302


Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Gəncə şəhərində yerləşən “Dəmiryolçular parkı” Azərbaycan Dəmir Yolları QSC-yə aid olduğu üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir təmir işi həyata keçirilə bilməz. Məhəmməd Əmin Rəsulzadənin büstünün sökülməsi xəbəri isə yanlışdır.

Qeyd edək ki, bu gün saytımızda Müsavat.com-a istinadən “Rəsulzadənin büstü söküləcək” başlıqlı xəbər gedib. Həmin xəbərdə M. Ə.Rəsulzadənin Gəncə şəhərindəki dəmiryolçuların mədəniyyət və istirahət parkında qoyulmuş büstünün çayxanaya görə söküləcəyi bildirilib.