“Rəsulzadənin ev muzeyi yaradılsın”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Fazil Mustafa parlamentin iclasında deyib. O bildirib ki, dünən Milli Məclisə qərar layihəsi və qanunda dəyişiklik layihəsi təqdim edib:
“Bu gün SSRİ-nin bərpası ilə bağlı müxtəlif spekulyasiyalar gedir. Bu zamanda biz bolşevik Rusiyasının XI-ci ordusu tərəfindən Azərbaycanın işğalı zamanı Yalamada şəhid olan 300 oğulun adını əbədiləşdirməliyik. İkincisi, Məhəmməd Əmin Rəsulzadənin Bakıda yaşadığı sonuncu binada ev muzeyinin yaradılmasını təklif edirəm”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər