Rəsulzadənin məzarı ilə bağlı abadlaşdırılma işlərindən - Fotolar

resulzadenin-mezari-ile-bagli-abadlasdirilma-islerinden
Oxunma sayı: 2586

Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılması başa çatır.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması yekunlaşır.

Abadlaşdırılma işləri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölkənin Türkiyədəki Səfirliyi tərəfindən Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Türkiyədəki Səfirliyi görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlandığını açıqlamışdı.

Abadlaşdırma işlərinin M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulur.