Rəsulzadənin şəklini zibilliyə atdılar - - Biabırçılıq + Foto

resulzadenin-seklini-zibilliye-atdilar-
Oxunma sayı: 3687


Bakıdakı məktəblərdən birində təmir işləri aparılarkən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin şəkli zibilliyə atılıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatlarda Rəsulzadənin şəklinin 245 saylı məktəbdən çıxarılaraq atıldığı bildirilir.

Məlumatda o da bildirilib ki, hazırda sözügedən məktəbdə təmir işləri gedir və Rəsulzadənin şəklini də zibilliyə orada işləyənlərdən biri atıb. Sosial şəbəkədə yayılan həmin fotonu təqdim edirik.

Qeyd edək ki, bu il M.Ə.Rəsulzadənin 130 illik yubileyidir. Prezident İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncam çərçivəsində Rəsulzadənin yubileyi dövlət səviyyəsində qeyd olunur, müvafiq tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər keçirilir.