Gənc yazar Dilqəm Əhmədin “TEAS press” nəşriyyat evində “Fərqlilər” adlı yeni kitabı çap olunub.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan tarixinə aid 24 məqalənin toplandığı kitabda oxuculara yeni fotolar, sənədlər təqdim olunur. Kitabda şəxsi kolleksiyasında olan orijinal foto və sənədləri yayımlayan müəllif bu materialları Türkiyədən əldə etdiyini bildirib: “Materialları İstanbulda yaşayan bir şəxsdən əldə etmişəm. Türkiyədə müxtəlif tarixi dəyəri olan fotolar, sənədlər auksionlarda, kitab mağazalarında satılır. Mən də internet vasitəsilə belə bir şəxslə əlaqə qurdum və Azərbaycan mühacirət tarixinə aid nadir fotoları aldım. Bəlkə də, indiyə qədər bu arxivlərə təxminən 5 min manata yaxın pul xərclənib. Bu kitabda Cümhuriyyətin qurucularından Məhəmmədəmin Rəsulzadəyə aid üç nadir foto və Polşadan silahdaşı Abbasqulu Kazımzadəyə göndərdiyi açıqca yer alıb”.
Kitabın tanıtım videosunu təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər