“Qafqazifo” ya daxil olan məlumata görə, tədbir ideya müəllifi MŞ İdarə Heyətinin üzvü, Milli Məclisini deputatı Cavanşir Feyziyev, layihə rəhbəri Şura sədri Əflatun Amaşov və ssenari müəllifi tanınmış tele-jurnalist Bəxtiyar Qaraca olan filmin nümayişi ilə başlanıb. Yarım saatlıq ekran əsərində M.Ə.Rəsulzadə irsinin görkəmli tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovun elmi araşdırmalarına istinad olunub.
Mərasimi açan MŞ sədri Əflatun Amaşov bildirib ki, 31 yanvar 2014-cü il tarixdə 130 yaşı tamam olan M.Ə.Rəsulzadənin çoxşaxəli fəaliyyətində jurnalistika mühüm yer tutub. İdeyalarının cəmiyyətə çatdırılmasında jurnalistikanın gücündən məharətlə yararlanmış görkəmli mütəfəkkir Azərbaycanda XIX əsrin sonu - XX əsrin əvvələrindən başlayaraq geniş yayılmış maarifçilik təfəkkürünü siyasi publisistikaya daşıyaraq məfkurə halına salıb. “Tarixilik baxımdan bu, son dərəcə mühüm missiya idi və nəticə etibarilə həmin missiya Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirdi”, - deyən Ə.Amaşov onu da əlavə edib ki, prezident İlham Əliyevin “Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı çərçivəsində respublikamızın müxtəlif bölgələrində görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər keçirilir.
Son xəbərlər
Son Xəbərlər